
Türkiyəli məşhur aktyor Tarık Ünlüoğlu vəfat etdi
Türkiyənin tanınmış aktyorlarından olan Tarık Ünlüoğlu vəfat edib.
APA-nın xəbərinə görə, 62 yaşlı sənətçi uzun zamandır, müalicə olunurdu.
Qeyd edək ki, Reşat Tarık Ünlüoğlu 16 noyabr 1957-ci ildə anadan olub. Ankara Dövlət Konservatoriyasında opera fakültəsində təhsil aldıqdan sonra teatr fakültəsinə keçib. İyirmi ildən artıq müddətdə Ankara Dövlət Teatrında çalışıb, daha sonra İnstanbul Dövlət Teatrına keçib.
Tarık Ünlüoğlu teatrdakı fəaliyyəti ilə yanaşı kino sahəsində də çalışıb, bir çox serial və bədii filmdə rol alıb. "Kurtlar vadisi" serialında "Testere Necmi" rolu ilə daha da məşhurlaşıb.
Onun son işlərindən biri “Eşkiya dünyaya hükümdar olmaz” serialında canlandırdığı "Ünal Kaplan" rolu idi.
Oxşar yazılar

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03
"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11