Türkiyədəki zəlzələlər Azərbaycanda da baş verə bilərmi?  MÜTƏXƏSSİS RƏYİ
25 may 2014 12:56 (UTC +04:00)

Türkiyədəki zəlzələlər Azərbaycanda da baş verə bilərmi? MÜTƏXƏSSİS RƏYİ

Türkiyədə baş verən zəlzələ bu dövlətlə sərhəddə olan ölkələrin sakinlərini də təşvişə salıb. Türkiyədəki zəlzələnin Azərbaycana hər hansı bir təsiri ola bilərmi ? Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA TV-yə bildirib ki, ki, qonşu Türkiyədə baş verən zəlzələ Azərbaycanda hiss olunmayıb. Onun sözlərinə görə, Türkiyə aktiv zona olduğu üçün orda tez-tez zəlzələ baş verib. Ancaq zəlzələ Azərbaycan sərhədlərindən xeyli uzaqda olduğu üçün yeraltı təkanlar ölkəmizdə  hiss olunmayıb.

 

"Bizimlə sərhəd olan ərazidə, Naxçıvan Türkiyə ilə yaxındır. Əgər zəlzələ Ərzurumda olsa Naxçıvandahiss edilər. Ege dənizində baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri ola bilməz. Buradakı zəlzələ ocaqlarını aktivləşdirə bilməz".

 

Mütəxəssis bildirib ki, ümumilikdə Azərbaycan ərazisində vaxtaşırı olaraq zəif təkanlar baş verir. Onun sözlərinə görə, bu, normaldır, çünki Azərbaycan seysmoloji baxımından aktiv bölgədə yerləşir. O, əlavə edib ki, elə bu ilin 6 ayı ərzində ölkədə 3 mindən çox yeraltı təkan qeydə alınıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Oxşar yazılar