TQDK: “Vaxt uzadılmayacaq”
05 sentyabr 2013 17:24 (UTC +04:00)

TQDK: “Vaxt uzadılmayacaq”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə müraciət edib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı 6 sentyabr saat 17:00-da başa çatır.  

TQDK-dan o da qeyd olunub ki, qeydiyyat  müddəti uzadılmayacaq. 

Həmin vaxta  qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar