Taksilər dayanacağı zəbt edib: tıxacın ardı kəsilmir - <span style="color:red;">ŞİKAYƏT
21 noyabr 2015 17:42 (UTC +04:00)

Taksilər dayanacağı zəbt edib: tıxacın ardı kəsilmir - ŞİKAYƏT

0

"Azadlıq prospeki" metrostansiyası yaxınlığında dayanan taksilərin ucbatından hər gün tıxac problemi yaşanır.

Lent.az-a daxil olan şikayətdə deyilir ki,  8 mkr, Axundov küçəsində yerləşən və sərnişin avtobusları üçün nəzərdə tutulmuş dayanacaqlar taksi sürücüləri tərəfindən zəbt edilib.

Şikayətdə o da qeyd edilir ki, taksilərin çoxluğu yolda daima tıxaca, taksi sürücülərinin mübahisə və qışqırıqları ətrafda səs-küyə səbəb olur. Fotolardan da göründüyü kimi, dayanacaqlarda taksilər saxlandığından avtobuslar yolun tən ortasında dayanıb sərnişinləri düşürür və mindirirlər.

Bu haldan narazı olan vətəndaşlar aidiyyatı qurumlardan məsələnin həll edilməsini xahiş edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar