Test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb
21 noyabr 2013 10:18 (UTC +04:00)

Test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb

2013-cü ildə keçirilmiş ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə (fizika fənni) qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb. Bu barədə Lent. az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. TQDK-nın regional bölmələrində həmin bölgəni təmsil edən müəllimlər də video-bağlantı vasitəsilə bu müzakirədə iştirak edib və öz fikirlərini bildiriblər. 
Komissiyada rus dili və ədəbiyyat fənni üzrə də elmi-metodiki seminar keçirilib. Seminarda 2013-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb. 
Təlimi Azərbaycan dilində olan məktəblərdə rus dili fənni üzrə elmi-metodiki seminar isə
bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki cəhətdən təhlil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar