Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yenilik
11 sentyabr 2013 15:44 (UTC +04:00)

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yenilik

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, dəyişiklik 17.3-cü maddəsinə edilən daşınmaz əmlak ilə bağlı düzəlişlərdən ibarətdir.

 

Dəyişikliyə əsasən, maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyat barədə mənbəyi məlum olan məlumat aldıqda, araşdırma məqsədilə müvafiq sorğu göndərməklə monitorinq iştirakçılarından, monitorinqdə iştirak edən digər şəxslərdən, nəzarət orqanlarından, müvafiq icra hakimiyyəti orqanından bu qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları əldə etmək, öz səlahiyyətləri daxilində aparılan təhlil zamanı zərurət yarandığı halda onlardan və digər dövlət orqanlarından əlavə məlumat almaqdan başqa, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq əsaslandırılmış yazılı sorğular əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarını da almaq hüququna malik olacaq.

 

Daşınmaz əmlakın dövlət reyestri ilə əlaqədar məlumatları almaq vəkillərin hüquqlarına da aid edilir. Bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 15-ci maddəsinə edilən dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək vəkilin hüquqları sırasına daxil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar