<span style="color:red;">ŞAD XƏBƏR:  temperatur 21 dərəcəyə yüksələcək
20 oktyabr 2015 12:49 (UTC +04:00)

ŞAD XƏBƏR: temperatur 21 dərəcəyə yüksələcək

Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin tutulub açılacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var, gündüz şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın  dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.               

Havanın temperaturu Aran rayonlarında gecə  8-13, gündüz 16-21 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

Fərizə Əhmədova

Oxşar yazılar