Temperatur artacaq
28 iyun 2013 12:41 (UTC +04:00)

Temperatur artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir.

 

Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, iyunun 29-da əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Temperatur gecə 18-23 dərəcə, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

 

Yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında gözlənilən sabit hava şəraiti və temperaturun 35-37 dərəcə yüksəlməsi meyvə ağaclarında meyvələrin, bostan və tərəvəz bitkilərinin yetişməsini sürətləndirəcək. Belə hava şəraiti əksər Aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərin yetişmiş meyvə və tərəvəz bitkilərinin yığımı üçün də əlverişli olacaq. Temperaturun yüksəlməsi bitkilərin suvarmaya tələbatını artıracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274
avatar

Oxşar yazılar