Tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb
11 sentyabr 2013 10:46 (UTC +04:00)

Tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb

Ötən illə müqayisədə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb. Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Belə ki, 2013-cü ildə 20250 nəfəri tam orta təhsil haqqında attestat alıb. Attestat alanlardan 16 min 807 nəfəri ali məktəblərə sənəd verib və onlardan 9250 nəfəri, yəni imtahanlarda iştirak edənlərin 56,64 %-i qəbul olunub. Ötən illə müqayisədə artım 5,83 bal, 2006 - cı illə müqayisədə 12,2 bal artıb. 
Artıq ikinci ildir ki, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları TQDK tərəfindən aparılır. 2013-cü ildə tam orta təhsil üzrə məzunların Ana dili və riyaziyyat fənninə uyğun olaraq 91,74 və 91,9 faizi müsbət qiymət alıb. Lakin bu nəticə IX sinfi bitirənlər üçün iki fənnə müvafiq olaraq 81,31 və 81, 91 faizə bərabər olub. 

BŞTİ-nin tabeliyindəki məktəblərin məzunlarının 12 nəfəri son 5 ildə ali məktəblərə qəbul imtahanlarında maksimum 700 bal toplamaqla paytaxtın təhsil sisteminin uğurunu bir daha nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar