Təhsil Nazirliyi tərəfindən 3068 nəfər işlə təmin olunub
28 dekabr 2015 17:55 (UTC +04:00)

Təhsil Nazirliyi tərəfindən 3068 nəfər işlə təmin olunub

 

2015-ci ildə mərkəzləşmiş qaydada ümumi təhsil müəssisələrinə və peşə liseylərinə elektron qaydada keçirilən işə qəbulüzrə müsabiqədə 3068 nəfər işlə təmin olunub.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb.

İki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə müraciət edənlərin sayı 17 min olduğu halda, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfərə yüksəlib.

Həmçinin, kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 30 faiz artması deməkdir. Eyni zamanda kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib.

Bundan başqa, cari tədris ilində məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil edilib. 357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Fərizə Əhmədova

Oxşar yazılar