Təhsil Nazirliyi ilə Britaniya Şurası “21-ci əsrin müəllimi” layihəsini həyata keçirəcək
13 sentyabr 2013 20:09 (UTC +04:00)

Təhsil Nazirliyi ilə Britaniya Şurası “21-ci əsrin müəllimi” layihəsini həyata keçirəcək

Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında işgüzar görüş keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ikitərəfli görüş zamanı ingilis dilinin tədrisi üzrə “21-ci əsrin müəllimi” layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanıb. Sənədə təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının ölkə üzrə direktoru xanım Elizabet Vayt imza atıblar.
 
Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar.
 
İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcək. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaq. Təlimlər Qəbələ, Şəki, Quba, Şamaxı, Gəncə, Mingəçevir, İsmayıllı, Xaçmaz, Zaqatala, Yevlax, Göyçay, Şirvan, Lənkəran, Salyan və Qusarla yanaşı, Bakı və Sumqayıtda da keçiriləcək. Ümumilikdə, 520 müəllim bu təlimlərdə iştirak edəcək.
 
Layihənin yekununda ingilis dili müəllimlərinin müasir təlim metodları sahəsində professional bilik və bacarıqlarının inkişaf edəcəyi və ingilis dilinin təlim keyfiyyətinin daha da yüksələcəyi gözlənilir. Layihədə Britaniya Şurasının 24 nəfər müəllim-təlimçisi iştirak edəcək.
 
Təlim kurslarının sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək. 
# 635
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57