Yeni yaradılan universitetdə türkiyəli müəllimlər  dərs verəcək
18 aprel 2024 13:06 (UTC +04:00)

Yeni yaradılan universitetdə türkiyəli müəllimlər dərs verəcək

Türkiyə-Azərbaycan Universitetinin tədris binası seçilmək üzrədir. Yaxın günlərdə Türkiyə heyətinin Azərbaycana gəlməsi gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. O bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin təhsil proqramı və partnyorları məlumdur.

“Müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetindən seçiləcək. Onlar Azərbaycana mütəmadi gələcəklər. May ayında universitetlə bağlı daha ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

# 3525
avatar

Oxşar yazılar

Xocalıya növbəti köç karvanı YOLA SALINDI

Xocalıya növbəti köç karvanı YOLA SALINDI

29 may 2024 , 06:37
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22