Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 15:34 (UTC +04:00)

Azərbaycan Suriyaya qaz verəcək

Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixracı ediləcək.

Lent.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşündə bildirilib.

Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar