Türkiyənin məşhur müğənnisi Emre Altuğ sevgilisindən danışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən bir ildir gözlərdən uzaq bir münasibət yaşayan Altuğ, sevgilisi ilə bağlı ilk dəfə açıqlama verib:
“Çox xoşbəxtəm. Nəzər dəyməsini istəmirəm. Münasibətimiz çox yaxşı gedir və bu barədə artıq danışmaq istəmirəm. Təxminən bir ildir bir yerdəyik. O, cəmiyyət içərisində olsa da, çox tanındığını düşünmürəm. Bizim çevrəmizdədir, lakin özü deyir ki, görüntülənmək istəmirəm, hələ buna ehtiyac yoxdur. Gizlətmək kimi bir niyyətimiz yoxdur. Xaricə də getmişik, gəlmişik. Birlikdə nələrsə yaratmağı da sevirik”.