"Fənərbağça"  ingilis futbolçunu aldı
12 iyul 2025 18:54 (UTC +04:00)

"Fənərbağça" ingilis futbolçunu aldı

"Gent"in müdafiəçisi Arçi Braun tezliklə "Fənərbağça"ya keçəcək.

Lent.az xəbər verir ki, 23 yaşlı ingilislə 2029-cu ilə qədər müqavilə imzalanacaq, müqaviləni daha bir mövsüm uzatmaq mümkündür. Transfer məbləği 8,5 milyon avro olacaq.

2024/25 mövsümündə Braun 46 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar