Qazaxda əkin sahəsində FACİƏ:  traktorda kişi meyiti tapıldı
13 iyul 2025 11:34 (UTC +04:00)

Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı

Qazax rayonunda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ağköynək kəndi  ərazisində qeydə alınıb.

Ağstafa rayon sakini S.Qurbanovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Məlumata görə, S.Qurbanovun meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb. O traktorla əkin işləri edirmiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar