Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 14:55 (UTC +04:00)

Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan əsilli direktoru həbs olunduqdan sonra iyunun sonunda fəaliyyətini dayandıran “Kaspi” kafesi yenidən işləyir.

Lent.az yerli mediaya istinadla bildirir ki, müəssisənin qapısındakı lövhədə “Yay eyvanı üzərində işləyirik” yazılıb. Jurnalistlərin çəkilişi zamanı yay eyvanında adam olmayıb. Müəssisənin əməkdaşının dediyinə görə, “Kaspi” ayın15-də açılacaq. Həmsöhbət bağlanma səbəbinin deməsə də, restoranın yaxşı işlədiyin deyib. Müəssisəyə daxil olmaq hələ mümkün deyil. Qonaqlar yalnız həyətdəki masalardaotururlar.

Məlumata görə, kafe iyunun 27-də fəaliyyətini dayandırıb. Həmin gün Azərbaycan vətəndaşlarının saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Onların arasında 2001, 2010 və 2011-ci illərdə adam öldürmə və qəsdən adam öldürməyə cəhddə iştirak edən şəxsləri axtarıblar. Bundan sonra məhkəmə cinayəti törətməkdə şübhəli bilinən Səfərov qardaşları, Lalayev və digər azərbaycanlıları həbs edib.

Qeyd edək ki, “Kaspi” kafesi azərbaycanlı Səfərovlar ailəsinə məxsus olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar