Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 15:49 (UTC +04:00)

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU

0

Rusiyanın Omsk vilayətində yeraltı kazinolara himayədarlıq edən polis həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin 6-cı şöbəsinin rəisi Vyaçeslav İlyin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. 

Müstəntiqlərin fikrincə, o, qanunsuz qumar biznesinin “mühafizəsi” üçün pul alıb və onun maneəsiz fəaliyyət göstərməsinə töhfə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2702

Oxşar yazılar