Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayır
09 fevral 2016 12:32 (UTC +04:00)

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayır

 

Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində tələbələr üçün “Novruz mühazirələri”nə başlanılması nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mühazirələr tanınmış elm adamları, millət vəkilləri, təhsil ekspertləri tərəfindən təhsildə qlobal trendlər, nanotexnologiyalar, tarix, iqtisadiyyat, təhsilin idarəolunması, təhsildə rəqabətə qabiliyyətlilik, multikulturalizm, ali təhsildə beynəlmiləlləşmə və digər populyar elmi mövzular üzrə ölkənin müxtəlif elm və təhsil müəssisələrində aparılacaq.

Bildirək ki,  “Novruz mühazirələri”nin məqsədi nüfuzlu elm adamlarının vasitəsilə elmi mövzuların ali məktəb tələbələrinə, ictimaiyyətin digər nümayəndələrinə daha sadə formada çatdırılması, gənclərin elmə, elmi-tədqiqatlara marağının artırılmasından, hərtərəfli dünyagörüşünün formalaşdırılmasından ibarətdir.

Qeyd edək ki, mühazirələrin “Təhsil” televiziyası tərəfindən çəkilişi aparılaraq yayımlanması nəzərdə tutulur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar