Ali məktəblərdə təqaüd komissiyaları yaradılacaq - <span style="color:red;">ƏMR
12 fevral 2016 16:30 (UTC +04:00)

Ali məktəblərdə təqaüd komissiyaları yaradılacaq - ƏMR

0

 

Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin təsdiq etdiyi “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın icra olunması haqqında əmr imzalayıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.

 

Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə cari semestrdən başlayaraq təhsilalanların təqaüdlərinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun təyin olunmasını və ödənilməsini, təqaüd komissiyasının formalaşdırılmasını, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsini və digər təşkilati məsələlərin həllini təmin etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar