Təhsil Nazirliyində daha bir kadr dəyişikliyi olub. Lent.az-ın məlumatına görə, nazirliyin tabeliyində olan Təhsil Problemləri İnstitutuna yeni direktor təyin edilib. Belə ki təhsil nazirinin sabiq müavini Qulu Novruzov adıçəkilən institutda Abdulla Mehrabovu əvəzləyib. Təyinatı Təhsil Problemləri İnstitutu tərəfində də təsdiqlənib. İnstitut direktorunun köməkçisi Lent.az əməkdaşı ilə söhbətində bildirib ki, Q. Novruzov institut direktoru kimi bu gündən işinə başlayıb.
*****
15.19.04
Təhsil nazirinin sabiq müavini Qulu Novruzova yeni vəzifə verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Q. Novruzov Təhsil Problemləri İnstitutuna direktor təyin edilib. Məsələ ilə bağlı sabiq nazir müavini ilə əlaqə saxladıq. O bu xəbəri nə təsdiq, nə də təkzib etdi: “Bununla bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayın, onlar desinlər”.
Xatırladaq ki, adıçəkilən institutun direktoru Abdulla Mehrabov Lent.az-a açıqlamasında bildirmişdi ki, o işdən azad olunması ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.