Təhsil nazirinə yeni müavin təyin olunub
14 avqust 2013 10:35 (UTC +04:00)

Təhsil nazirinə yeni müavin təyin olunub

Təhsil nazirinin yeni müavini təyin olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Ceyhun Bayramov təhsil nazirinin müavini təyin olunub.

Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693

Oxşar yazılar