Təhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı yeni əmr
30 avqust 2013 13:34 (UTC +04:00)

Təhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı yeni əmr

 

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq edilib və rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etməlidrilər.

 

Əmrdə o da qeyd olunur ki,  müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim edilməlidir.

 

Aparat rəhbərinin müavininə və eyni zamanda, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdirinə 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin  nəticələrinin geniş təhlilini aparmaq və yekunlarına dair rəhbərliyə hesabat təqdim etmək tapşırılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979

Oxşar yazılar