Təhsil naziri peşə təhsili sistemindəki çatışmazlıqları sadaladı
05 may 2016 13:51 (UTC +04:00)

Təhsil naziri peşə təhsili sistemindəki çatışmazlıqları sadaladı

 

 

“Azərbaycanda peşə təhsil şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur. Bu işə ilk olaraq daha böyük şəhərlərdən, Bakı və Gəncə şəhərlərindən başlanacaq “.

 

 

Lent.az-ın məlumatına görə, bunu  təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

 

 

M.Cabbarovun sözlərinə görə, peşə təhsili istiqamətində görülən işlər sırasında bu təhsil müəssisələrində hazırlanan ixtisaslara yenidən baxılacaq, təhsilin məzmunu daha da müasirləşdiriləcək: “Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən layihələrə əsaslanaraq bu layihələrdə  artıq özəl sektorlarla, iqtisadi subyektlərlə, dövlət və özəl şirkətlərlə əməkdaşlığı əsas götürmüşük”.

 

 

 

Uzun illər ərzində, peşə təhsil sistemi təcavüz nəticəsində,  işğal edilmiş ərazilərdən gələn məcburi köçkün kateqoriyasına daxil edilən insanların yerləşdirilməsi üçün istifadə edildiyini qeyd edən nazir bildirib ki, hazırda bir çox peşə təhsili müəssisələrinin maddi-texniki bazası istənilən səviyyədə deyil: “ Həm də təhsil proqramı da qənaətbəxş səviyyədə deyil. Səbəbi isə yeni iqtisadi mühitin bir çox ixtisaslara olan tələbləri sürətlə dəyişməsi ilə bağlıdır.  Bu da analoji olaraq, tədris olunan fənlərin dəyişdirilməli olduğunu, standartların dəyişdirilməsini vacib buyurur. Əks halda, əmək bazarına gələn işçi qüvvəsi işə götürənlər üçün zəruri keyfiyyətlərə malik olmayacaqlar. Bu nöqteyi nəzərdən, Peşə Təhsil Agentliyinin mövcudluğu peşə təhsilinin daha yeni mərhələyə çıxarılması üçün konsepsiyanın həyata keçirilməsini təmin etməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar