Təhsil naziri: “Məktəblərdə təmir adı ilə vəsait yığılması qeyri-qanunidir”
31 may 2013 11:36 (UTC +04:00)

Təhsil naziri: “Məktəblərdə təmir adı ilə vəsait yığılması qeyri-qanunidir”

“Azərbaycanın bütün ərazisində məktəb kollektivi və ya direktor tərəfindən hər hansı bir təmir işlərinin aparılması nəzərdə tutulmayıb”.

 

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, orta məktəblərin cari təmir işləri Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir. Nazirin sözlərinə görə, Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik bir vəsait ayrılır: “Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə vəsait yığması qeyri-qanunidir. Əgər belə hallar varsa, Təhsil Nazirliyinə və aidiyyatı dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-də müzakirə etməli olacağıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Oxşar yazılar