ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
13 oktyabr 2026 11:09 (UTC +04:00)

ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

0

16 oktyabr 2026-cı ildə Bakıda Beynəlxalq Risk Forumu keçiriləcək. Forumun təşkilatçısı ABB-dir. Mastercard şirkəti də tədbirə tərəfdaşlıq dəstəyi göstərir.

Forum maliyyə sektorunun rəhbər menecerlərini, tənzimləyici qurumların nümayəndələrini, risklərin idarə edilməsi sahəsində yerli mütəxəssisləri, beynəlxalq ekspertləri bir araya gətirəcək.

Belə bir tədbirin təşkilində məqsəd qlobal risk mühitində baş verən dəyişikliklərə dair bilik və təcrübə mübadiləsinə şərait yaratmaqdır. Beynəlxalq Risk Forumu geosiyasi və makroiqtisadi çağırışlar, tənzimləyici dəyişikliklər, kibertəhlükəsizlik, əməliyyat dayanıqlılığı və s. bu kimi aktual məsələlər ətrafında peşəkar müzakirələr üçün platforma rolunu oynayacaq.

Forumda qlobal qeyri-müəyyənliklər və sürətlə dəyişən iqtisadi şəraitdə risklərin effektiv idarə olunması, dayanıqlılığın gücləndirilməsi məsələləri müzakirə ediləcək. Həmçinin süni intellektin yaratdığı imkanlar və risklər, kibercinayətkarlıq və maliyyə dələduzluğu ilə mübarizə sahəsində yeni yanaşmalar, rəqəmsal aktivlərin və investisiya risklərinin idarə edilməsi məsələləri diqqət mərkəzində olacaq. Bankçılıqda risklərin idarə edilməsi funksiyasının gələcək perspektivlərinə, innovativ texnologiyaların təhlükəsiz tətbiqi məsələlərinə, strateji qərarvermə və yeni yaranan risklərə çevik reaksiya mexanizmlərinə də diqqət yönələcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar