Baş barmağın düz qalması və ya geriyə əyilməsi əsasında xarakteri təsvir edən test maraq doğurur. Testi etmək üçün baş barmağınızı uzadıb onun formasına baxmaq kifayətdir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, təqdim olunan test iki fərqli təsvir təklif edir.
Baş barmağınız düz qalırsa
Testdə baş barmağı geriyə əyilməyən insanlar qətiyyətli, məntiqli və qərar verərkən düşüncələrinə əsaslanan şəxslər kimi təsvir olunur. Onların öz fikirlərini müdafiə etməyə və bəzi vəziyyətlərdə liderliyi üzərlərinə götürməyə meyilli olduqları bildirilir.
Bu insanlara müşahidəçilik də aid edilir. Testə görə, onlar ətraflarında baş verən dəyişiklikləri tez sezirlər. Kənardan ciddi görünsələr də, mehriban və xeyirxah ola bilərlər.
Güclü iradə, intizam və özünə nəzarət bu qrupun üstünlükləri sırasında göstərilir. Tez əsəbiləşmək və onları incidən insanları bağışlamaqda çətinlik çəkmək isə zəif tərəfləri kimi təqdim olunur.
Baş barmağınız geriyə əyilirsə
Test bu insanları emosional, hisslərini açıq ifadə edən və dəyişikliklərə asan uyğunlaşan şəxslər kimi təsvir edir. Onların başqaları ilə tez ünsiyyət qurduğu və qarşı tərəfin hisslərini anlamağa çalışdığı bildirilir.
Testə əsasən, belə insanlar kömək etməyə həvəsli olduqlarından bəzən öz ehtiyaclarını arxa plana keçirə bilərlər.
Maraq, yaradıcılıq, zəngin təxəyyül və yeniliklərə açıqlıq da bu qrupa aid edilən xüsusiyyətlərdəndir. Buna görə sənət və özünüifadə ilə bağlı məşğuliyyətlərin onlara cəlbedici gələ biləcəyi qeyd olunur.
Eyni vaxtda bir neçə seçimə maraq göstərmək isə qərar verməyi çətinləşdirən xüsusiyyət kimi təqdim edilir. Lakin təkcə barmağın formasına baxaraq insanın xarakteri barədə etibarlı nəticə çıxarmaq olmaz.