Fərqli markaların batareyalarını birlikdə  istifadə etmək olar?
13 oktyabr 2026 16:08 (UTC +04:00)

Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?

0

Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaların daxili müqaviməti və boşalma xüsusiyyətləri fərqlənə bilər. Buna görə onlar eyni cihazda işlədikdə enerjiləri bərabər tükənmir.

“Duracell” fərqli markaların batareyalarını qarışdırmamağı tövsiyə edir. Belə istifadə elektrolit sızmasına səbəb ola bilər. Sızan maddə batareya yuvasında və cihazın daxili hissələrində korroziya yaradaraq elektronikanı sıradan çıxara bilər.

Batareyaların qeyri-bərabər boşalması cihazın işində problemlərə, istifadə müddətinin azalmasına və bəzi hallarda həddindən artıq qızmaya da gətirib çıxara bilər.

Köhnə və yeni batareyaları da qarışdırmayın

İşlənmiş batareyanı yenisi ilə birlikdə istifadə etmək də məsləhət deyil. Köhnə batareyanın enerjisi daha tez tükənir, yenisi isə enerji verməyə davam edir. Yaranan uyğunsuzluq sızma və zədələnmə riskini artırır.

“Duracell” cihazdakı bütün batareyaları eyni vaxtda dəyişməyi tövsiyə edir. “Energizer” də köhnə və yeni batareyaların birlikdə istifadəsinin sızmaya, batareyanın gövdəsinin yarılmasına və cihazın zədələnməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

Eyni qayda müxtəlif tipli batareyalara da aiddir. Məsələn, cihazın təlimatında ayrıca nəzərdə tutulmayıbsa, qələvi və litium batareyaları birlikdə istifadə etmək olmaz.

Ən uyğun seçim cihazın tələblərinə cavab verən, eyni marka və tipdən olan yeni batareyaları tam dəst şəklində taxmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar