Cerrard "Mançester Siti"  haqqında:   "Klubun titulları  əlindən alınmalıdır,   bir neçə il..."
13 oktyabr 2026 14:59 (UTC +04:00)

Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır,  bir neçə il..."

0

"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb.

Lent.az-ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahkar bildiyi bildirilib. Mümkün cəzalardan biri Premyer Liqadan kənarlaşdırılma ola bilər. Ayın 29-da müstəqil komissiya "Mançester Siti" klubunun günahını təsdiqləyib.

"İstəməzdim ki, ayrı-ayrı oyunçular medallarını geri qaytarmağa məcbur olsunlar. Bu, səhv olardı. Amma klub titullarından məhrum edilməlidir. Bir presedent yaradılmalı, bütün bu illər və nailiyyətlər üçün tarixdə iz qoymalıdır. O zaman titulların əlindən alınıb-alınmamasının heç bir əhəmiyyəti olmayacaq. Onların yanında bir ulduz göründükdən sonra hər kəs bu uğurların hansı şəraitdə əldə edildiyini biləcək.

Sonra gələcək üçün bir cəza olmalıdır. Bunun nə olduğunu bilmirəm. Düşünmürəm ki, "Mançester Siti"ni Çempionşipə göndərmək həmin yarışdakı klublar üçün ədalətli olardı. Onlar üç yüksəliş yerindən birini tutacaqlar. Bu, liqaya və hər həftə "Mnaçester Siti" ilə oynamalı olan komandalara ədalətli olmazdı.

Məncə, onlar Premyer Liqada bir neçə il cəzalandırılmalıdırlar. Demirəm ki, bu, yeganə düzgün həll yoludur, amma mən bunu belə görürəm.

Düşünürəm ki, transfer qadağası tətbiq olunmalı, müəyyən bir müddətə xallar çıxılmalı və onlar da doqquz və ya on il ərzində hər kəsin əziyyət çəkdiyi kimi əziyyət çəkməlidirlər.

“Everton” və “Nottinqem Forest”ə qarşı sərt münasibət göstərildi. Premyer Liqaya uğurlar arzulayıram, amma onlar qətiyyətlilik göstərməlidirlər", - Cerrard vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar