Təcili yardım  gücləndirilmiş iş rejiminə keçir
28 dekabr 2015 14:27 (UTC +04:00)

Təcili yardım gücləndirilmiş iş rejiminə keçir

0

Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində 140 briqada xətdə olacaq.

 

Baş həkimin müavini əlavə edib ki, bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur: “Bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməyi ilə bağlıdır”.

 

O. Şahmalıyev qeyd edib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar