SOCAR-ın qazlaşdırdığı məscidlərin sayı açıqlandı
15 fevral 2016 15:30 (UTC +04:00)

SOCAR-ın qazlaşdırdığı məscidlərin sayı açıqlandı

0

 

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 850 499-a çatıb.

 

Socardan Lent.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15873 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3411-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12462-i isə regionların payına düşüb.

Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 850 499-a çatıb.

 

Onu da qeyd edək ki, 01 fevral 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 127174 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 345 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar