Tbilisi və Bakı qardaş olacaq
11 noyabr 2015 13:14 (UTC +04:00)

Tbilisi və Bakı qardaş olacaq

 

Tiflis meri: "Bakı ilə Tiflisin qardaşlaşması üçün danışıqlar aparılır"

 

“Bakı ilə Tiflisin qardaşlaşmasını nəzərdə tutan sənədləri hazırlayırıq. Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi və Bakı şəhər meriyası arasında müvafiq danışıqlar aparılır. Biz danışıqların yekununu gözləyirik. Bundan sonra həmin sənədlər imzalanacaq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflis şəhərinin meri David Narmaniya deyib.

 

Onun sözlərinə görə, iki şəhər arasında müxtəlif layihələr, o cümlədən investisiya layihələri həyata keçiriləcək: "Qarşılıqlı turizm tədbirlərinə də geniş yer verəcəyik. Azərbaycandan Gürcüstana turist axını getdikcə genişlənir və bu bizi sevindirir. Bu sahənin inkişafı üçün dövlət və özəl sektor böyük işlər həyata keçirir".

 

D. Narmaniya azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də turizmin inkişaf etdiriləcəyini bildirib: "İlk öncə turizmin inkişafına təkan verəcək mədəni infrastrukturu genişləndirmək, sonra isə müxtəlif layihələri həyata keçirmək istəyirik".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar