“Azərbaycanda sürüşmə zonalarında növbəti monitorinqlərin avqustun sonlarında, sentyabrın əvvəllərində aparılması planlaşdırılır”.
Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov söyləyib.
Bəxtiyar Qaralov deyib ki, hazırda bütün sürüşmə sahələrində sabitlik müşahidə olunur: “Fövqəladə hal, aktivləşmə olarsa, monitorinqlərin aparılması müddəti dəyişəcək”. O, Lənkəran-Lerik yolunda sürüşmə sahəsində aktivlik müşahidə olunmadığını da bildirib.