Sürüşmə zonalarında aktivlik artıb
07 oktyabr 2015 13:57 (UTC +04:00)

Sürüşmə zonalarında aktivlik artıb

0
“Yağıntıların belə intensiv olması sürüşmə proseslərinin fəallaşmasına gətirib çıxarıb. Artıq bir çox mövcud sürüşmə zonasında, xüsusilə Qobustan-Şamaxı-İsmayıllı avtomobil yolunun ətrafındakı sürüşmə ocaqlarının aktivliyi aydın şəkildə görünür”.

 

 Bunu APA-ya AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

 

Onun sözlərinə görə, payızda yağıntıların intensiv xarakter alması nəticəsində sürüşmə prosesləri daha da fəallaşacaq: “O cümlədən əhaliyə dəyə biləcək maddi ziyanın da böyük olacağını ehtimal etmək olar. Xatırladım ki, məhz belə intensiv yağışlar nəticəsində dünyanın bir çox ölkəsində güclü sürüşmə hadisəsi baş verib və tələf olanların sayı artıq yüzlərlə ölçülür”.

 

E. Əlizadə qeyd edib ki, Azərbaycandakı mövcud sürüşmə sahələrində monitorinqləri daha da gücləndirmək lazımdır: “Habelə, istinad divarlarını möhkəmləndirmək və kommunikasiya xətlərini təmizləməklə baş verə biləcək təhlükənin qarşısını almaq mümkündür”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar