Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Sumqayıtda yeni ərzaq yarmarkası təşkil edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınmasıdır.
Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi dekabrın 29-da Sumqayıt şəhəri, Avtovağzalın ərazisində kənd təsərrüfatı məhsullarının əlavə, yeni satış yarmarkasını təşkil edib.
Qeyd edək ki, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.