TQDK mayın 26-da 27 şəhərdə sınaq imtahanı keçirəcək. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Artıq 40524 abituriyent qeydiyyatdan keçib. İmtahan 56 imtahan mərkəzində olacaq. Bunun üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi - müəllim ayrılıb. İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qadağandır.
Qeyd edək ki, indiyədək 6 sınaq imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.