Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Avqust
08 avqust 2016 20:20 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Avqust

 

 

GÜNÜN ŞƏRHİ

 

Əhməd Yavuz haqlıdır, Türkiyədə baş verənlərin mahiyyətini anlamaq üçün məsələyə daha geniş prizmadan baxmaq lazımdır. Yarpağa deyil, meşəyə baxarsaq, mahiyyət aşağı-yuxarı bəlli olar. "Ərəb baharı" Böyük Ortadoğu layihəsinin birinci mərhələsi idi, Qəddafinin, Mübarəkin sonunu gətirən bu proseslər ərəb dünyasını faktiki lidersiz qoydu. Səudiyyə Ərəbistanı timsalında ikincilərin birinci olmaq istəməsi hələlik nəticə vermir, əvəzində Yaxın Şərq, yəni Ortadoğu qan gölündə boğulur. Yüzminlərlə ölü, milyonlarla qaçqın, illər boyu davan edəcək qeyri-stabillik, bərpası mümkün olmayacaq iqtisadiyyatlar. Proses daha sürətlə başa çatar və daha effektli olardı, əgər Türkiyə nüfuz boşluğundan istifadə edib, Yaxın Şərqin lider ölkəsi statusuna iddia etməsəydi. Türkiyənin bu dirənişi İraq və Suriyada İran-Rusiya-Çin blokunun təşəbbüsü ələ alması ilə nəticələnib və Ankara bununla Böyük Ortadoğu projesinin növbəti hədəfinə çevrilib. Əslində Ankara əvvəldən hədəf idi və projedə Türkiyəyə başqa rol biçilmişdi, amma roldan imtina hədəfin dəyişməsinə, rolun yenilənməsinə gətirib çıxardı. Bu proseslərdə FETÖ Türkiyəyə qarşı istifadə olunan adi bir mexanizmdir, bu mexanizmi işə salanlar üçün FETÖ-nün məğlub olması, yoxa çıxması elə bir əhəmiyyət kəsb etmir. Türkiyədə uğursuz çevriliş cəhdi Yaxın Şərqi yenidən şəkilləndirmək istəyənlərin planlarını dəyişdirməyib. Dəyişən tək məsələ var - Türkiyə əgər ayaq üstə qalmaq istəyirsə, yaxın onilliklər üçün öz mövqeyini birdəfəlik müəyyənləşdirməli, kimin yanında yer alacağına qərar verməlidir. Qərar çox güman ki sabah veriləcək, buna görə də prezident Ərdoğanın Rusiya səfəri zamanı səslənəcək bəyanatları diqqətlə oxumaq lazımdır. 

 

Vüqar MƏSİMOĞLU

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar