Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Noyabr
30 noyabr 2015 20:25 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Noyabr

 
 
GÜNÜN ŞƏRHİ
 
Rusiyanın tətbiq etdiyi sanksiyalar Türkiyəyə yalnız ilkin mərhələdə iqtisadi zərər vuracaq. Ruslar bu zərərin 44 milyard dollar olduğunu açıqlayıb. Türklərə dəyəcək zərəri ildırım sürəti ilə hesablayan ekspertlər nədənsə bu sanksiyaların Rusiyaya vuracağı zərəri açıqlamağa tələsmir. Rusiyanın sabiq maliyyə naziri Kudrin iki ölkə arasında iqtisadi münasibətlərin çox sıx və qarşılıqlı olduğuna diqqət çəkib və bildirib ki, Rusiya da bu prosesdən Türkiyə qədər zərər çəkə bilər. Digər tərəfdən Türkiyə Rusiyadan fərqli olaraq dəyəcək zərəri sürətlə kompensasiya etmək imkanına sahibdir, sanksiyalar altında olan Moskvanın isə bu imkanları məhduddur. Məsələn, Türkiyə rus turistlərə qoyulan qadağadan zərəri Avropadan turist cəlb etməklə kompensasiya edə bilər. Akkuyu atom elektrik stansiyasını başqa dövlət də tikər, yaxud Türkiyə kənd təsərrüfatı məhsullarını Rusiya bazarına üçüncü ölkələr vasitəsilə göndərərək o bazarda yerini saxlaya bilər. Rusiya bu faktorları ciddi hesablamalıdır. Bu sözü biz yox, artıq affekt vəziyyətindən ayılan rus ekspertlər deyir. Onlar hesab edirlər ki, Moskva daha çox siyasi təzyiq üsullarına əl atmalı, psixoloji üstünlüyü əldə saxlamalıdır. Amma Rusiyanın əlində belə təzyiq üsulları varmı? Hələlik əl atılan üsullar effektsizdir. Məsələn, Türkiyəni İŞİD-i dəstəkləməkdə ittiham edən Rusiyanın kütləvi informasiya vasitələrində PKK terror təşkilatına dəstək kampaniyasının aparılması absurddur. Eyni fikri qondarma “erməni soyqrımı” iddialarını inkar edənlərin cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə qanuna da şamil etmək olar. Türkiyə bunun qarşılığında Ukrayna, Qolodomor, Xatın faciəsi və s. məsələləri soyqırımı kimi tanıyar və proses acı bağırsaq kimi uzanar. Günün gerçəkliyi budur və gerçəkliklər Türkiyə və Rusiyanın masa arxasına dəvət edir. Tərəflər hələlik dialoqdan imtina etsə də, başqa çıxış yolu görünmür. Nə Moskva, nə Ankara üçün...

 

# 254
avatar

Oxşar yazılar