Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Dekabr
30 dekabr 2015 20:00 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Dekabr

GÜNÜN ŞƏRHİ

 

2015-ci ilin ən böyük qarşıdurması - Qərblə Rusiyanın çəkişməsi tam formatda gələn ilə transformasiya olunur. Vaşinqton-Kreml münasibətlərindəki gərginliyin önümüzdəki il boyu artan xətt üzrə davam edəcəyi gözlənilir. Suriyanın gələcəyinə bu il də qərar verilmədi, üstəlik münaqişə özü ilə neftin ucuzlaşması, milli valyutaların dollar qarşısında “əriməsi”, Türkiyə-Rusiya gərginliyi kimi qlobal təhlükəsizlik sistemi üçün təhdidlər doğurdu. Qərbin təklif etdiyi  siyasi həll yolu - ölkədə yenidən prezident seçkilərinin keçirilməsi problemi həll edəcək kimi görünmür. Şəhərləri viran qalmış, milyonlarla insanı qaçqın düşmüş Suriyada seçkilər keçirmək mümkünsüzdür, üstəlik keçirilsə belə, onun nəticələrinin beynəlxalq birlik və daxildəki siyasi qüvvələr tərəfindən tanınacağı real deyil. Əsədlə, yaxud Əsədsiz seçki formulu üzərində mübahisə etmək sadəcə vaxt uzatmaqdır. Ümumilikdə Qərbin Suriya siyasəti yalnız vaxt udmağa hesablanıb, Birləşmiş Ştatlar vaxtın iqtisadi problemlərlə əlləşən Rusiyanın əleyhinə işlədiyini yaxşı bilir. Amma nə vaxta qədər və haraya qədər? 2015-ci ildə cavabı tapılmayan bu sualların cavabı gələn il tapılacaqmı? Gözləyək.

 

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar