
Sərnişindaşımada baş verən qəzaların günahkarı kimdir?
“Sahibkarlardan qeyri-qanuni çox pul alınır. Bunun da nəticəsində avtobus qəzalarının qarşısı alınmaz olub”.
Bu sözləri APA TV-nin "Sosium" verilişində qonaq olan Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, sahibkarlardan dolayı yollarla alınan pullar ucbatından onlar da gündəlik planları artırmalı olurlar. "Sürücü həmin planı doldurmaq üçün daha çox dövrə vurur, avtobusu daha sürətlə idarə etməli olur”.
Mütəxəssis hesab edir ki, nə qədər ki, sərnişin daşma özəl sektorun əlindədir bu belə də olacaq. "Ümumiyyətlə, avtobus qəzalarının çox səbəbləri var. Çünki bu sahədə problemlər çoxdur. 20 qəpiyə görə sahibkarlar və sürücülər hər şeyə əl atırlar. Bu yaxınlarda qəza törətmiş sürücülərdən biri hüquqi yardım üçün mənə müraciət etmişdi. Deyirdi ki, 9 gündür səhər 7-dən 11-ə qədər avtobus sürürəm. Mənə demişdilər ki, ölüm itim olmasın, başqa şeylərdən narahat olma, yoluna qoyarıq".
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, qəzaların baş verməsinə səbəb həm də sükan arxasında oturan sürücülərin özlərinə nəzarətsizlikdir. Bu səbəbdən də avtobusların idarə olunmasını kimə gəldi həvalə edirlər: "D kateqoriyalı sürücülərə sahibkarın da marağı yoxdur, çünki D kateqoriyalı sürücülər daha çox maaş istəyirlər. Sahibkarlar da pula görə dərinə getmirlər, az maaşa razı olanlara sükanı həvalə edirlər”.
Verilişdə Nəqliyyat nazirliyinin də mövqeyi əks olunub. Nazirlik rəsmisi bu sahədə qanunsuzluğun olduğunu etiraf edib.
Oxşar yazılar

Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56