Avqustun 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı rayonlarda əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 24-29 dərəcə, dağlıq rayonlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.