Sentyabrın 13-dən hava mülayimləşəcək
12 sentyabr 2013 12:37 (UTC +04:00)

Sentyabrın 13-dən hava mülayimləşəcək

Sentyabrın 13-dən hava mülayimləşəcək

 

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  bildirib. O qeyd edib ki, Bakı da və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə isə, sabah bəzi yerlərdə yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

# 582

Oxşar yazılar