Səlim Müslümov: ”Dünya Bankının texniki yardımına ehtiyac var”
20 noyabr 2013 14:25 (UTC +04:00)

Səlim Müslümov: ”Dünya Bankının texniki yardımına ehtiyac var”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə Dünya Bankının İnsan İnkişafı Departamentinin heyəti arasında tanışlıq görüşü keçirilib.

Lent. az-ın məlumatına görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daim inkişaf etdiyini bildirərək,  bu əməkdaşlığın  ölkəmizdə əmək və sosial müdafiə sahəsində  islahatların aparılmasında da xüsusi önəm daşıdığını  vurğulayıb. Dünya Bankı ilə birgə icra edilən «Sosial Müdafiənin İnkişafı» layihəsinin icrası sahəsində görülən işlərdən söz açan nazir Səlim Müslümov layihənin respublikamızda sosial müdafiə sisteminin təkmilləşdirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Eyni zamanda o, ünvanlı sosial yardım proqramları üzrə şəffaflığın təmin olunmasının əsas elementi sayılan “kontaktsız” xidmət prinsipinin və əlilliyin müəyyən olunmasının müasir metodlarının tətbiqi üçün Dünya Bankının texniki yardımına ehtiyac olduğunu qeyd edib.

Dünya Bankının İnsan İnkişafı Departamentinin sektor direktoru əvəzi, Avropa və Mərkəzi Asiya regionu üzrə sektor meneceri Alberto Rodrigez təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Alberto Rodrigez dinamik sosial-iqtisadi tərəqqinin təmin olunduğu Azərbaycanın sosial müdafiə sistemində aparılan islahatlar prosesinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.  

Görüşdə  gələcək əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb, sosial xidmətlərin və işçi qüvvəsinin inkişafının prioritet əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, qarşıdakı dövrdə bu sahələr üzrə yeni layihənin icrası məsələsi müzakirə edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Oxşar yazılar