Şəkərli diabet xəstələrinin sayı açıqlandı
12 avqust 2013 17:22 (UTC +04:00)

Şəkərli diabet xəstələrinin sayı açıqlandı

Şəkərli diabet üzrə Tədbirlər Proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb və 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar