Səhiyyə Nazirliyindən qanvermə aksiyası ilə bağlı  MƏLUMAT
14 noyabr 2013 10:04 (UTC +04:00)

Səhiyyə Nazirliyindən qanvermə aksiyası ilə bağlı MƏLUMAT

Bu gün “Aşura günü” ilə bağlı könüllü qanvermə aksiyası keçirilir. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki,  “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları bu gün Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunda, habelə Bakı şəhəri «Təzə pir», «Mir-Mövsüm ağa», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər “Cümə məscidi”ndə, Gəncə şəhər “İmamzadə məscidi”ndə, Lənkəran şəhər “Böyükbazar məscidi”ndə, Mingəçevir şəhər “Heydər məscidi”ndə, Şəki şəhər “Cümə məscidi”ndə və Bərdə şəhər “Cümə məscidi”ndə təşkil olunub.

 

Aksiya artıq 9:00-dan başlayıb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məlumat üçün qeyd edək ki, ötən il “Aşura günü” keçirilən qanvermə

aksiyalarında 4800 nəfər könüllü qan verib.

 

 

# 755

Oxşar yazılar