Səhiyyə Nazirliyi növbəti elektron xidmətini e-gov.az portalına təqdim edib. Bu barədə Lent.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səhiyyə Nazirliyi “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətini təqdim edib.
Bu xidmət vasitəsilə xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu mümkündür. Xidmətdən istifadə etmək üçün istifadəçi portalda Səhiyyə Nazirliyinin sözügedən elektron xidmətini seçməklə yeni müraciət menyusuna daxil olub, təhsil növünü qeyd etdikdən sonra tələb olunan məlumatları daxil edərək öz müraciətini göndərə bilər.