Səhiyyə Nazirliyi sahibkarları cəzalandırdı
22 avqust 2013 15:55 (UTC +04:00)

Səhiyyə Nazirliyi sahibkarları cəzalandırdı

Gigiyenik normalara cavab verməyən müəssisələr cəzalandırılıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Respublikanın sanitariya-epidemioloji xidmət  orqanları tərəfindən bu ilin iyul ayı ərzində yeyinti  məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

 31 obyektin  istismarının  dayandırılması  barədə  qərar qəbul  edilib, 23  nəfər  işdən  müvəqqəti  kənarlaşdırılıb. 

İyul ayı ərzində əhali  arasında  229 qida zəhərlənməsi hadisəsi baş vermiş, 241  nəfər zərərçəkən  olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar