Səhiyyə Nazirliyi payız–qış aylarına hazırlıq işlərinə start verdi
10 sentyabr 2013 16:59 (UTC +04:00)

Səhiyyə Nazirliyi payız–qış aylarına hazırlıq işlərinə start verdi

Səhiyyə Nazirliyində qurumun tabeçiliyində olan tibb müəssisələrində yanğından mühafizə qaydalarına, habelə payız–qış aylarına hazırlıq məsələlərinə həsr olunmuş iki günlük geniş müşavirə keçirilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da iştirak edib. Müşavirəni giriş sözü ilə acan səhiyyə nazirinin müavini Elsevər Ağayev belə bir tədbirin əhalinin tibb müəssisələrində təhlükəsizliyinin təminatı baxımından çox əhəmiyyətli olduğunu nəzərə çatdırıb və qeyd edib ki, nazirliyin əməkdaşları Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə birgə il ərzində bir necə dəfə tibb müəssisələrində müvafiq qaydada yoxlamalar aparır, bu məsələdən irəli gələn tədbirlərlə yaxından tanış olurlar: “Bakı şəhəri üzrə 159 tibb müəssisəsindən 138-də yanğından mühafizə planı yoxlanılıb”.

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bir daha bu məsələyə diqqətlə yanaşıldığını, belə bir əhəmiyyətli tədbirin bölgələrdə də keçirilməsinə dair müvafiq işlər görüldüyünü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar