<b>Sabah SAT imtahanı keçiriləcək </b>
06 may 2016 19:07 (UTC +04:00)

Sabah SAT imtahanı keçiriləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı il may ayının 7-də növbəti SAT imtahanını keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M, TQDK-nın inzibati binasında baş tutacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat  08:30-da başlayacaq.

Qeyd edək ki, imtahan başlandıqdan sonra, gecikən şəxslər imtahan zalına buraxılmırlar.

İmtahana gələnlər özləri ilə buraxılış vərəqəsi (Admission Ticket) və şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasportu (Identification document) gətirməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar