<b>Fevralın son günü üçün</b> <span style="color:red;">HAVA PROQNOZU
27 fevral 2018 12:32 (UTC +04:00)

Fevralın son günü üçün HAVA PROQNOZU

0

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi  əsəcək.

 

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnozuna görə, fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar